"Sabah"ın baş məşqçisi: "Artıq futbolçularda özünəinam azalır"

"Sabah"ın baş məşqçisi: "Artıq futbolçularda özünəinam azalır" "Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbol
924
11 Sentyabr , 2021 20:22
Sabahın baş məşqçisi: Artıq futbolçularda özünəinam azalır

"Danışılası çox şey yoxdur. Məğlub olduq, buraxdığımız uşaq səhvi qolla nəticələndi. Nəticəni dəyişmək istədik, alınmadı. Rəqibi təbrik edirik".

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Ramin Quliyev evdə "Qəbələ"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandada istəksizlik yoxdur: "Srdıcıl məğlubiyyətlər və 3 oyuna qol vura bilməməyimiz inamsızlıq yaradır. Kənardan istəksizlik görünə bilər, amma elə deyil. Sadəcə, artıq futbolçularda özünəinam azalır".

Onun sözlərinə görə, hazırkı vəziyyətdən çıxış yolu tapmaq lazımdır: "Yenə deyirəm, bir az vaxt lazımdır. Hücumları dəyərləndirə bilmirik. Oyunlara baxıb təhlil edəcəyik".

Quliyev komanda daxilində hər şey yaxşı olduğunu söyləyib: "Düzdür, məğlubiyyətlər heç kimə xoş deyil, amma ətrafda olan söz-söhbərlərdən xəbərim yoxdur. Komandanın daxilində hər şey qaydasındadır".

Son xəbərlər

Orphus sistemi