"Sabah" uruqvaylı qapıçını icarəyə götürdü

"Sabah" uruqvaylı qapıçını icarəyə götürdü “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
21 Sentyabr , 2020 16:15
Sabah uruqvaylı qapıçını icarəyə götürdü

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi uruqvaylı qolkiper Alvaro Villete ilə anlaşıb.  

29 yaşlı oyunçu Kolumbiyanın “Patriotas” klubundan bir illik icarəyə götürülüb.  

Qeyd edək ki, Alvaro Villete son mövsümdə “Patriotas”ın heyətində 8 oyunda meydana çıxıb.

Son xəbərlər

Orphus sistemi