"Sabah" üç ay əvvəl gətirdiyi futbolçu ilə müqavilə bağladı

"Sabah" üç ay əvvəl gətirdiyi futbolçu ilə müqavilə bağladı Afrikalı forvardla 3 illik müqavilə imzalanıb
Futbol
12 aprel 2021 08:35
Sabah üç ay əvvəl gətirdiyi futbolçu ilə müqavilə bağladı

“Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Finlandiyanın “İlves” klubu ilə 21 yaşlı hücumçunun keçidinə dair razılığa gəlinib. Afrikalı forvardla 3 illik müqavilə imzalanıb.

Kot d İvuardan olan futbolçu bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb.

Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.

Son xəbərlər

Orphus sistemi