"Sabah Futbol Klubu" ötən ili mənfəətlə başa vurub

"Sabah Futbol Klubu" ötən ili mənfəətlə başa vurub Sabah Futbol Klubu 2019-cu ili 397 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Klub 2018-ci ildən 101 min manat xalis zərərlə çıxmışdı.
Futbol
29 İyun , 2020 19:55
Sabah Futbol Klubu ötən ili mənfəətlə başa vurub

"Sabah Futbol Klubu" 2019-cu ili 397 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Klub 2018-ci ildən 101 min manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Sabah Futbol Klubu"nun əməliyyat gəlirləri 6,2 milyon manat (əvvəlki ilə nisbətən 3,3 dəfə çox), əməliyyat xərcləri 5,8 milyon manat (3,1 dəfə çox), maliyyə xərcləri 19 min manat (2,4 dəfə çox), məzənnə fərqindən zərəri 19 min manat (2,85 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 37 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə "Sabah Futbol Klubu"nun aktivləri 911 min manat olub ki, bu da illik müqayisədə təxminən 78% çoxdur. Hesabat dövründə Klubun öhdəlikləri təxminən 1% azalaraq 616 min manata düşüb, balans kapitalındakı 112 min manatlıq çatışmazlıq isə 296 min manatlıq kapitalla əvəz olunub, o cümlədən nizamnamə kapitalı 2 dəfə artaraq 20 min manata çatıb.

Xatırladaq ki, "Sabah Futbol Klubu" 2017-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 21 min manatdır. 

Son xəbərlər

Orphus sistemi