"Sabah"dan təklif alan baş məşqçi Türkiyə komandasına rəhbərlik edə bilər

"Sabah"dan təklif alan baş məşqçi Türkiyə komandasına rəhbərlik edə bilər Sabah klubunun baş məşqçi postuna namizəd olan Ümit Özat karyerasını vətəni Türkiyədə davam etdirəcək.
Futbol
30 Oktyabr , 2019 12:16
Sabahdan təklif alan baş məşqçi Türkiyə komandasına rəhbərlik edə bilər

"Sabah" klubunun baş məşqçi postuna namizəd olan Ümit Özat karyerasını vətəni Türkiyədə davam etdirəcək.

"Report" "Takvim"ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis "Kayserispor"a rəhbərlik edə bilər.

Son olaraq "Adana Demirspor"da işləyən baş məşqçinin klub prezidenti Hamdi Elcuman ilə görüşəcəyi bildirilib. Ümit Özatla razılıq əldə olunmasa, "Kayserispor" digər məşqçilərlə əlaqə yaradacaq. Elcuman həftəsonuna qədər baş məşqçi məsələsini həll etmək niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Ümit Özat "Sabah"la danışıqlar apardığını təsdiqləyib. Hazırda paytaxt təmsilçisində İqor Ponomaryov baş məşqçi səlahiyyətlərini icra edir. Hazıda "Kayserispor" Superliqada 9 oyundan 4 xalla sonuncu pillədə qərarlaşıb.  

Son xəbərlər

Orphus sistemi