"Sabah"dan Soni Mustivar açıqlaması

"Sabah"dan Soni Mustivar açıqlaması Sabah klubu mövsümün sonunda Neftçidən ayrılacağı gözlənilən Soni Mustivarın mümkün transferi ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Futbol
25 May , 2020 12:51
Sabahdan Soni Mustivar açıqlaması

"Sabah" klubu mövsümün sonunda "Neftçi"dən ayrılacağı gözlənilən Soni Mustivarın mümkün transferi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Masazır təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov "Report"a açıqlamasında haitili yarımmüdafiəçi ilə maraqlanmadıqlarını söyləyib.

Onun sözlərinə görə, Mustivarla bağlı xəbərlər həqiqəti əks etdirmir: "Sözügedən futbolçu ilə heç bir danışıq aparmamışıq".

Qeyd edək ki, Soni Mustivar 2018/2019 mövsümünün əvvəlində "Neftçi"yə keçib. Onun "ağ-qaralar"la müqaviləsi 2020-ci il iyunun 30-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi