"Sabah" daha bir futbolçunu göndərdi

"Sabah" daha bir futbolçunu göndərdi “Sabah” Elgün Nəbiyevlə yollarını ayırıb.
Futbol
21 İyul , 2020 10:23
Sabah daha bir futbolçunu göndərdi
Elgün Nəbiyev

Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubu daha bir futbolçusu ilə yollarını ayırıb. 

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub Elgün Nəbiyevlə vidalaşıb. 

24 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Qeyd edək ki, "Sabah" daha öncə Marko Deviç, Cavid İmamverdiyev, Kərim Diniyev, Rəşad Eyubov, Məqsəd İsayev və Vadim Abdullayevlə yollarını ayırıb. İstefaya göndərilən baş məşqçi Jelko Sopiçi Visente Qomes əvəzləyib. 

Son xəbərlər

Orphus sistemi