"Sabah" çempionat oyununa xüsusi formalarla çıxacaq

"Sabah" çempionat oyununa xüsusi formalarla çıxacaq "Sabah" komandası Azərbaycan Premyer Liqasının V turunda qarşılaşacağı "Keşlə" ilə matça xüsusi formalarla çıxacaq.
Futbol
2 Oktyabr , 2020 14:58
Sabah çempionat oyununa xüsusi formalarla çıxacaq

"Sabah" komandası bu gün "Keşlə" ilə keçirəcəyi  Azərbaycan Premyer Liqasının V tur matçına xüsusi formalarla çıxacaq. 

"Report"un məlumatına görə, formanın ön hissəsində "Karabakh is Azerbaijan" ("Qarabağ Azərbaycandır") yazısı həkk olunub. Formanın arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı yazılıb. 

Qeyd edək ki, matç saat 15:30-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi