"Sabah" braziliyalı hücumçunu transfer edib

"Sabah" braziliyalı hücumçunu transfer edib “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Braziliyalı hücumçu Lukas Rangellə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Futbol
178
21 Mart , 2022 15:43
Sabah braziliyalı hücumçunu transfer edib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı hücumçu Lukas Ranhellə cari mövsümün sonunadək müqavilə imzalayıb.

28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016/17), Avstriyanın “Kapfenberger” (2017/18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna “Vorskla”sı (2021/22) olub.

Yeni transfer “Sabah”da 73 nömrəli formada çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi