Azərbaycan Premyer Liqasının autsayderi baş məşqçisi ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasının autsayderi baş məşqçisi ilə yollarını ayırıb “Sabah” FK baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb. Mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.
Futbol
208
21 Oktyabr , 2021 17:16
Azərbaycan Premyer Liqasının autsayderi baş məşqçisi ilə yollarını ayırıb
0 : 00
0 : 00

“Sabah” klubu baş məşqçisi Ramin Quliyevlə yollarını ayırıb.

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin təqdim etdiyi istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub.

"Sabah" gənc baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ramin Quliyev bu ilin martında “Sabah”ın baş məşqçisi təyin olunub. Komanda 7 turdan sonra Azərbaycan Premyer Liqasında 1 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi