"Sabah" "Barselona"nın yetirməsi ilə müqavilə bağlayıb

"Sabah" "Barselona"nın yetirməsi ilə müqavilə bağlayıb “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3 illik müqavilə bağlayıb.
Futbol
8 Avqust , 2021 11:37
Sabah Barselonanın yetirməsi ilə müqavilə bağlayıb

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3 illik müqavilə bağlayıb.

28 yaşlı oyunçu “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/2016), Portuqaliyanın “Aroka” (2013/2014), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qətər” (2020/21) klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi