"Sabah" Antalyada yenə eyni hesablı heç-heçə edib

"Sabah" Antalyada yenə eyni hesablı heç-heçə edib Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandası növbəti yoxlama oyununa çıxıb.
Futbol
20 Yanvar , 2022 19:49
Sabah Antalyada yenə eyni hesablı heç-heçə edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandası növbəti yoxlama oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib Ukrayna "Zarya"sı olub.

Oyundan öncə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Sabah" görüşə qara sarğı ilə çıxıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ikinci hissənin sonlarında vurulub. Baş hakimin şübhəli penalti qərarı nəticəsində geri düşməsinə baxmayaraq, "Sabah" 83-cü dəqiqədə Kamran Quliyevin qolu ilə bərabərliyi təmin edib.

Qeyd edək ki, "Sabah" ilk yoxlama matçında da Macarıstan "Pakş"ı ilə eyni hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi