"Sabah" Antalyada İsveçrə komandası ilə qarşılaşacaq

"Sabah" Antalyada İsveçrə komandası ilə qarşılaşacaq Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” komandasının son yoxlama oyununda qüvvəsini sınayacağı rəqib bəlli olub.
Futbol
21 Yanvar , 2019 11:33
Sabah Antalyada İsveçrə komandası ilə qarşılaşacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” komandasının son yoxlama oyununda qüvvəsini sınayacağı rəqib bəlli olub.

“Report” xəbər verir ki, Premyer Liqanın debütantı İsveçrə “Syon”unun U-21 komandası ilə qarşılaşacaq. Görüş yanvarın 22-də “İC Santai” otelinin futbol meydanında təşkil olunacaq və Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. 

Qeyd edək ki, daha öncə Türkiyə “Eskişehirspor”unu 1:0, Macarıstan MTK-sını isə 3:1 hesabı ilə məğlub edən “Sabah” Qazaxıstanın “Tobol” komandası ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi