"Sabah" 6 futbolçusu ilə yollarını ayırıb

"Sabah" 6 futbolçusu ilə yollarını ayırıb Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı “Sabah” klubu 6 futbolçu ilə yollarını ayırıb.
Futbol
21 Dekabr , 2018 13:22
Sabah 6 futbolçusu ilə yollarını ayırıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı “Sabah” klubu 6 futbolçu ilə yollarını ayırıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, baş məşqçi Elşad Əhmədov Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov və Ülvi İbazadənin xidmətinə ehtiyac görməyib.

Bu futbolçularla olan müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.

Son xəbərlər

Orphus sistemi