"Spartak"ın baş məşqçisi: "Sabah"la oyun sərt alındı"

"Spartak"ın baş məşqçisi: "Sabah"la oyun sərt alındı" Rusiyanın Spartak-2 klubunun baş məşqçisi Aleksey Lunin Türkiyənin Antalya bölgəsində Sabahla keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.
Futbol
22 Yanvar , 2020 09:26
Spartakın baş məşqçisi: Sabahla oyun sərt alındı

Rusiyanın "Spartak-2" klubunun baş məşqçisi Aleksey Lunin Türkiyənin Antalya bölgəsində "Sabah"la keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, Moskva təmsilçisinin rəsmi saytına danışan 52 yaşlı rusiyalı mütəxəssis matçın olduqca sərt alındığını vurğulayıb. 

"Oyun sərt alındı. Hər iki komanda hücuma köklənmişdi. Əlbəttə, yeni ilə qələbə ilə başlamaq istərdik, ancaq bununla belə, bütün tapşırıqları yerinə yetirdik. Növbəti görüşlərdə oyun səviyyəsini artırmağa çalışacağıq. Həm hücumda, həm də müdafiədə daha yaxşı çıxış edə bilərik" deyə o bildirib.

Qeyd edək ki, "Spartak-2" və "Sabah" komandaları arasında Antalyada baş tutan yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi