Rusiyanın idman naziri 15 saniyəyə Futbol Federasiyasının prezidenti seçilib

Rusiyanın idman naziri 15 saniyəyə Futbol Federasiyasının prezidenti seçilib Vitali Mutko bir müddət öncə istefaya göndərilmiş Nikolay Tolstıxı əvəzləyib
Futbol
2 Sentyabr , 2015 13:31
Rusiyanın idman naziri 15 saniyəyə Futbol Federasiyasının prezidenti seçilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqının (RFS) yeni prezidenti müəyyənləşib. "Report"un məlumatına görə, bu vəzifəyə ölkənin idman naziri Vitali Mutko seçilib.

O, yeni vəzifədə bir müddət öncə istefaya göndərilmiş Nikolay Tolstıxı əvəzləyib. Qərar RFS-in növbədənkənar konfransında qəbul olunub. İclas Moskvadakı Futbol Evində baş tutub. 393 konfrans nümayəndəsi yekdilliklə onun lehinə səs verib. Səsvermə cəmi 15 saniyə çəkib. 

Qeyd edək ki, Vitali Mutko 2005 - 2009-cu illərdə də RFS prezidenti olub. 

Son xəbərlər

Orphus sistemi