Sevil və Sevinc bacılarının klipinə çəkilən futbolçu narkotikdən yararlandığını etiraf edib - VİDEO

Sevil və Sevinc bacılarının klipinə çəkilən futbolçu narkotikdən yararlandığını etiraf edib - VİDEO Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyalı futbolçu Draqomir Duminika kokaindən yararlandığını etiraf edib.
Futbol
25 Dekabr , 2018 16:10
Sevil və Sevinc bacılarının klipinə çəkilən futbolçu narkotikdən yararlandığını etiraf edib - VİDEO

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyalı futbolçu Draqomir Duminika kokaindən yararlandığını etiraf edib.

"Report" xəbər verir ki, 29 yaşlı hücumçu "Bombardier"ə açıqlamasında narkotik maddədən Litvanın "Qranitas" klubunun formasını geyindiyi vaxt istifadə etdiyini bildirib. 

O, kokaini ilk dəfə Litvada sınadığını söyləyib: "Mövsümün son oyunu idi və ondan sonra klubu bağladılar. Futbolçular oyundan sonra təyyarədə və ya avtobusda pivə içdilər, kart oynadıqdan sonra beyni və əzələləri rahatlaşdırdılar. Ev oyunlarından sonra bunu etmədilər, səfərlərdən sonra baş verdi".

Duminika əlavə edib ki, avtobusla gedərkən pivə içən oyunçuların zarafat etdiklərini və güldüklərini eşidib: "Komanda yoldaşım Marios mənə yaxınlaşdı və onlara getməyimi təklif etdi. Kart oynamaqla yanaşı, kokaindən yararlanırdılar. Həmin vaxt istifadə etdiklərinin nə olduğunu bilmirdim. Mən də sınadım. Bunun ciddi bir şey olmadığını dedilər. Sonra isə onun kokain olduğunu öyrəndim. Həmin axşam qumarxanaya getdik və bütün pulları uduzduq".

Qeyd edək ki, Xorvatiya əsilli Draqomir Duminika azərbaycanlı müğənnilər Sevil və Sevinc bacıları ilə "Son öpüş" klipinə çəkilib. O, hazırda Rusiyanın Rossoş şəhərini təmsil edən "Spartak"da forma geyinir. 

Son xəbərlər

Orphus sistemi