Rusiyalı azarkeşlər Mahir Emrelinin komandasına təhqiramiz cavab verib

Rusiyalı azarkeşlər Mahir Emrelinin komandasına təhqiramiz cavab verib Rusiyanın "Spartak" (Moskva) komandasının azarkeşləri Polşa "Legiya"sının Moskvada media lövhəsi yerləşdirməsinə cavab verib.
Futbol
359
15 Sentyabr , 2021 14:34
Rusiyalı azarkeşlər Mahir Emrelinin komandasına təhqiramiz cavab verib

Rusiyanın "Spartak" komandasının azarkeşləri Polşa "Legiya"sının Moskvada media lövhəsi yerləşdirməsinə cavab verib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, fanatlar lövhənin önünə təhqiramiz pankart yerləşdirib.

Varşava təmsilçisi görüşdən əvvəl azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı fotonu "Moskva, geri qayıtdıq" yazısı ilə şəhərin mərkəzində göstərib. Buna cavab olaraq, "Spartak" fanatları Polşada məşhur söyüş sayılan banneri asıblar.

Qeyd edək ki, bu gün "Spartak" və "Legiya" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I tur oyunu Bakı vaxtı ilə saat 18:45-də başlayacaq. Moskva klubu 2011-ci ildə evdə Avropa Liqasının oyununda "Legiya"ya 2:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi