Rusiyanın "Saturn" və "Ufa" klubunun keçmiş futbolçusu Konstantin İonov hüquq-mühafizə orqanının əməkdaşlarına hücum çəkib.
"Report" "Ren-TV"yə istinadən xəbər verir ki, 38 yaşlı forvard sərxoş vəziyyətdə avtomobil idarə edib.
Futbolçu ondan sənədləri tələb edən polislə münaqişəyə girib. Hadisə nəticəsində polis işçiləri xəsarət alıb.
Qeyd edək ki, Konstantin İonov 2016-cı ildə karyerasını başa vurub.