Rusiyada DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində yanğın baş verib

Rusiyada DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində yanğın baş verib Yanğının ümumi sahəsi 100 kvadrat metri əhatə edib
Futbol
13 Fevral , 2017 13:46
Rusiyada DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində yanğın baş verib

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 13-də gecə saatlarında Rusiyanın Samara şəhərində 2018-ci il dünya çempionatı üçün inşa olunan stadion yaxınlığında yanğın hadisəsi qeydə alınıb. "Report"un "samru.ru"ya istinadən verdiyi məlumata görə, yanğının ümumi sahəsi 100 kvadratmetri əhatə edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tikinti ərazisində olan 7 budka yanaraq, yararsız hala düşüb. Həmin budkalar fəhlələrin əyinlərini dəyişməsi üçün olub. 

Qeyd edək ki, DÇ-2018-in qrup mərhələsinin 4, eləcə də, 1/8 və 1/4 final mərhələlərinin oyunlarının keçiriləcəyi stadion bu ilin sonuna qədər hazır olmalıdır.

Son xəbərlər

Orphus sistemi