Rusiyada danışılmış oyuna görə 3 futbolçu 2 illik diskvalifikasiya olunub - VİDEO

Rusiyada danışılmış oyuna görə 3 futbolçu 2 illik diskvalifikasiya olunub - VİDEO Matçın nəticəsi ləğv olunub
Futbol
1 Noyabr , 2017 18:09
Rusiyada danışılmış oyuna görə 3 futbolçu 2 illik diskvalifikasiya olunub - VİDEO

Bakı. 1 noyabr. REPORT.AZ/ Futbol üzrə Rusiya çempionatının II Divizionunda çıxış edən “Smena” klubunun futbolçuları İbrahim Bazayev və İqor Baldin 2 illik diskvalifikasiya olunublar.

“Report” Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, onlarla yanaşı, artıq komandanın sabiq futbolçusu olan Nəriman Qusalov anoloji cəzaya məruz qalıb.

Sözügedən “üçlük” iştirakçısı olduqları "Smena”nın sentyabrın 20-də X tur çərçivəsində “İrtış”la görüşü üçün bukmeker kontorunda pul qoyuluşu etdiklərinə və oyunun nəticəsinə təsir göstərdiklərinə görə diskvalifikasiya olunublar.

Qeyd edək ki, “İrtış”ın səfərdə “Smena”ya 1:0 hesabı ilə qalib gəldiyi matçın nəticəsi də ləğv olunub. Qarşılaşma yenidən oynanılacaq. 

Son xəbərlər

Orphus sistemi