Rusiyada azərbaycanlı futbolçunun xatirəsinə həsr olunmuş turnir keçiriləcək

Rusiyada azərbaycanlı futbolçunun xatirəsinə həsr olunmuş turnir keçiriləcək Yarışın ilk oyunları dekabrın 9-da “Motor” stadionunda təşkil olunacaq
Futbol
8 Dekabr , 2017 10:23
Rusiyada azərbaycanlı futbolçunun xatirəsinə həsr olunmuş turnir keçiriləcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiyanın Tomsk şəhərində azərbaycanlı futbolçu Arif Abbasovun xatirəsinə həsr olunmuş ənənəvi qış turniri keçiriləcək. 

“Report” niatomsk.ru saytına istinadən xəbər verir ki, yarışın ilk oyunları dekabrın 9-da “Motor” stadionunda baş tutacaq.

Turnir 7 liqadan ibarət olacaq: Vilayət, kütləvi, qadın, yeniyetmə, məktəbli, veteranlar və superliqa. Artıq yarışda iştirak etmək üçün 100-dən çox komanda müraciət edib. Oyunlar 2018-ci ilin martına qədər Tomskdakı müxtəlif stadionlarda keçiriləcək.

Qeyd edək ki, Arif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. O, həmçinin Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun “Okean” – “Smena” görüşündən öncə infarktdan dünyasını dəyişib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub. 

Son xəbərlər

Orphus sistemi