​Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi vurub

​Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi vurub Baş hakim onu qaydanı pozduğu üçün cəzalandırıb
Futbol
5 Noyabr , 2015 20:55
​Rusiyada azərbaycanlı futbolçu oyun zamanı hakimi vurub

Bakı. 5 noyabr. REPORT.AZ/ Rusiya yüksək liqasının mini-futbol üzrə "Qərbi Sibir" divizionunda "Viraja" klubunun Azərbaycan əsilli oyunçu Sərxan Mikayılov baş hakimin üzünə yumruqla vurub.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, baş hakim Mikayılovu qaydanı pozduğu üçün cəzalandırıb. Bu, oyunçunun xoşuna gəlmədiyindən, o, topu hakimə sarı atıb. Hakim də ona qırmızı kart göstərib. Bundan qəzəblənən futbolçu hakimi vurub. 

Son xəbərlər

Orphus sistemi