Rusiya və Almaniya klublarının futbolçuları Azərbaycan yığmasına çağırılıb

Rusiya və Almaniya klublarının futbolçuları Azərbaycan yığmasına çağırılıb Bakı. 5 fevral. REPORT.AZ/ Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.
Futbol
5 Fevral , 2019 15:39
Rusiya və Almaniya klublarının futbolçuları Azərbaycan yığmasına çağırılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Avropa çempionatının elit-raunduna hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində fevralın 12-də İspaniyanın, iki gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək. 

Murad MahmudovMaksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq. 

Toplanışa dəvət olunmuş futbolçuların siyahısı

AD, SOYAD KLUB
1 Nicat Mehbaliyev Qarabağ
2 Nail Alışov Neftçi
3 Əkbər Vəliyev Keşlə
4 Elnur İbrahimov Spartak-2 (Moskva, Rusiya)
5 İbrahim Hüseynov Qarabağ
6 Zahid Mərdanov Sabah
7 Rauf Hüseynli Qarabağ
8 Rüstəm Nuriyev Qəbələ
9 Vüsal Məsimov Qəbələ
10 Zamiq Əliyev Qarabağ
11 Şakir Seyidov Sabah
12 İdris İnqilablı Qəbələ
13 Turan Vəlizadə Neftçi
14 Maksim Bayramov Bielefeld (Almaniya)
15 Tural Bayramov Qarabağ
16 Elvin Cəfərquliyev Qarabağ
17 Murad Mahmudov FSV Frankfurt (Almaniya)
18 Kamran Quliyev Jonova (Litva)
19 Musa Qurbanlı Qarabağ FK Ağdam
20 Emil Qasımov

Sabah FK Bakı

Son xəbərlər

Orphus sistemi