Rusiya Premyer Liqasının oyunu qapı torunun cırıq olması səbəbindən ləngiyib

Rusiya Premyer Liqasının oyunu qapı torunun cırıq olması səbəbindən ləngiyib Bakı. 2 mart. REPORT.AZ/ Rusiya Premyer Liqasında XVIII turun Arsenal - MOİK matçının startı qapı torunun cırılması səbəbindən ləngiyib.
Futbol
2 Mart , 2019 17:33
Rusiya Premyer Liqasının oyunu qapı torunun cırıq olması səbəbindən ləngiyib

Bakı. 2 mart. REPORT.AZ/ Rusiya Premyer Liqasında XVIII turun "Arsenal" - MOİK matçının startı qapı torunun cırılması səbəbindən ləngiyib.

"Report"un məlumatına görə, bu, oyunun startı ərəfəsində yan xətt hakimlərinin apardıqları yoxlama zamanı müəyyənləşib. Problemi bir neçə dəqiqə ərzində əlaltı vasitələrlə həll etmək mümkün olub. Məhz bundan sonra görüş başlanıb. Qarşılaşma əlverişsiz hava şəraiti üzündən Tulada deyil, Qroznıda keçirilib. 

Görüş "Arsenal"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XVI turun "Sumqayıt" - "Qarabağ" matçında da qapı toru cırıq olub. Lakin yan xətt hakimləri bundan qonaq komandanın futbolçusu Filip Ozobiçin zərbəsindən sonra topun qapı torunu deşib keçməsindən sonra xəbər tutublar.

Son xəbərlər

Orphus sistemi