Rusiya Premyer Liqasının mümkün bərpa tarixi açıqlandı

Rusiya Premyer Liqasının mümkün bərpa tarixi açıqlandı Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqasının oyunları iyunun 20-dən bərpa oluna bilər.
Futbol
27 aprel 2020 12:54
Rusiya Premyer Liqasının mümkün bərpa tarixi açıqlandı

Koronavirus pandemiyasına görə dayandırılan Rusiya Premyer Liqasının oyunları iyunun 20-dən bərpa oluna bilər.

"Report"un TASS-a istinadən məlumatına görə, bu variant Rusiya Futbol İttifaqının klubların rəsmiləri ilə bugünkü onlayn iclasında müzakirə olunub.

RFS komandalara 2 tarix təklif edib. Bunlardan biri iyunun 21-i, digəri isə 26-dır.

Daha əvvəl ölkədə yerli liqaların mayın 31-dək təxirə salındığı açıqlanıb.

Qeyd edək ki, Premyer Liqanın oyunları martın 17-də - XII turdan sonra dayandırılıb.

Son xəbərlər

Orphus sistemi