Rusiya Premyer Liqasında legioner limiti yumşaldılır

Rusiya Premyer Liqasında legioner limiti yumşaldılır Rusiya Premyer Liqasında legioner limiti dəyişdiriləcək.
Futbol
24 May , 2022 17:59
Rusiya Premyer Liqasında legioner limiti yumşaldılır

Rusiya Premyer Liqasında legioner limiti dəyişdiriləcək.

"Report" "RIA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) prezidenti Aleksandr Dyukov jurnalistlərə açıqlamasında bildirib.

O, idman naziri Oleq Matıtsinin legioner limitinin yumşaldılması, bir mövsüm üçün əcnəbi oyunçuların sayının artırılması barədə əmr imzalayıb: "İctimai dinləmələrdə keçib və yaxın vaxtlarda o, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Yəni, növbəti mövsümə yeni limitlə başlayacağıq".

RFS 2022/2023 mövsümündə qüvvəyə minməli olan əcnəbi oyunçulara məhdudiyyət üçün yeni formatı qəbul edib. Klublar ən çox 13 legioner sifariş verə bilər. Bunlardan yalnız 8-nin meydanda olmasına icazə verilir.

Son xəbərlər

Orphus sistemi