Rusiya Premyer Liqası bir aya dəyərini 100 milyon avrodan çox itirib

Rusiya Premyer Liqası bir aya dəyərini 100 milyon avrodan çox itirib Ötən ay çempionatdakı 399 oyunçudan 132-si, yəni, 33,1 faizi legioner idi. İndi isə 387 oyunçudan 106-sı, yəni 27,4 faizi əcnəbidir
Futbol
5 aprel 2022 08:20
Rusiya Premyer Liqası bir aya dəyərini 100 milyon avrodan çox itirib

Rusiya Premyer Liqasının dəyəri bir ay ərzində 127 650 000 avro aşağı düşüb.

"Report"un məlumatına görə, buna bəzi legioner futbolçuların klublarla yollarını ayırmaları səbəb olub.

Martın 2-də çempionatın dəyəri 994 630 000 avro təşkil edib. Hazırda bu rəqəm 866 980 000 avroya bərabərdir.

Ötən ay çempionatdakı 399 oyunçudan 132-si, yəni, 33,1 faizi legioner idi. İndi isə 387 oyunçudan 106-sı, yəni 27,4 faizi əcnəbidir.

Son xəbərlər

Orphus sistemi