Rusiya millisinin sabiq futbolçusu məşqçiliyə başlayıb

Rusiya millisinin sabiq futbolçusu məşqçiliyə başlayıb Bakı. 24 iyul. REPORT.AZ/ Rusiya milli komandasının və Moskva MOİK-inin sabiq futbolçusu Sergey İqnaşeviç məşqçilik karyerasına başlayıb.
Futbol
24 İyul , 2018 13:12
Rusiya millisinin sabiq futbolçusu məşqçiliyə başlayıb
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Rusiya milli komandasının və Moskva MOİK-inin sabiq futbolçusu Sergey İqnaşeviç məşqçilik karyerasına başlayıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı sabiq müdafiəçi MOİK-in gənclər komandasında çalışacaq. O, baş məşqçi Andrey Aksyonovun köməkçisi olacaq. 

Qeyd edək ki, Sergey İqnaşeviç DÇ-2018-in 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi