Rusiya millisinin sabiq baş məşqçisinə qarşı intizam işi açılıb

Rusiya millisinin sabiq baş məşqçisinə qarşı intizam işi açılıb Hollandiya Futbol Birliyi Vitess komandasının baş məşqçisi Leonid Slutskiyə qarşı intizam işi açıb.
Futbol
8 Aprel , 2019 18:31
Rusiya millisinin sabiq baş məşqçisinə qarşı intizam işi açılıb

Hollandiya Futbol Birliyi "Vitess" komandasının baş məşqçisi Leonid Slutskiyə qarşı intizam işi açıb.

"Report" "Ed" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı mütəxəssisin çempionatın XXIX turunda evdə PSV ilə matçda hakim Serdar Gözübüyükü tənqid etməsidir. Slutski referini dünyanın ən pis hakimi adlandırıb.

Bildirilib ki, ilkin istintaq işin bütün halları dəqiqləşdirilənə qədər keçiriləcək.

Qeyd edək ki, qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. "Vitess" hazırda 43 xalla 7-ci yerdədir. 71 xalı olan PSV "Ayaks"la birlikdə 1-2-ci yerləri bölüşdürür. Rusiya milli komandası 2016-ci ildə keçirilən Avropa çempionatında Leonid Slutskinin rəhbərliyi altında çıxış edib.

Son xəbərlər

Orphus sistemi