"Bildiyim qədərilə "Neftçi"nin yaxşı sərmayəçiləri var. Onlar qarşılarına yüksək hədəflər qoyublar və artıq beynəlxalq arenada təcrübələri var".
"Report"un məlumatına görə, bunu Rusiya milli komandasının sabiq baş məşqçisi Boris İqnatyev bu gün Tula "Arsenal"ının "Neftçi" ilə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl "İzvestiya"ya açıqlamasında deyib. 78 yaşlı mütəxəssis matçın "topçular" üçün asan keçməyəcəyini bildirib: "Ötən mövsümü əbəs yerə belə parlaq keçirməyən "Arsenal"ın özünü avrokuboklarda da göstərəcəyinə ümid edək. İlk oyun evdə olacaq və futbolun qanunlarına görə, qalib gəlmək lazımdır. Ümumilikdə Rusiya futbolu Azərbaycanınkından güclüdür. Amma burada ayrı-ayrı komandalar oynayırlar".
Bu gün Tuladakı "Arsenal" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab görüşü avqustun 1-də "Bakcell Arena"da olacaq. Cütün qalibi növbəti mərhələdə İsrail "Bney Yehuda"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, Boris İqnatyev Rusiyanın əsas millisinə 1992 - 1996-cı illərdə rəhbərlik edib.