Rusiya millisinin futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb

Rusiya millisinin futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb Bakı. 16 mart. REPORT.AZ/ Rusiya milli komandasının və Zenit klubunun futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb.
Futbol
16 Mart , 2018 22:10
Rusiya millisinin futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb

Bakı. 16 mart. REPORT.AZ/ Rusiya milli komandasının və "Zenit" klubunun futbolçusu Aleksandr Kokorinin diz bağları qırılıb.

"Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçu Almaniya "Leyptsiq"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda zədələnib.

Kokorinin əməliyyat və müalicə olunmaq üçün İtaliyaya gedəcəyi açıqlanıb.

O, böyük ehtimalla DÇ-2018-də iştirak etməyəcək. Daha əvvəl Rusiyanın "Spartak" klubunun müdafiəçisi Viktor Vasin və MOİK-in futbolçusu Georgi Cikiyanın da zədə səbəbindən mundialdan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Avroliqada 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Leyptsiq”ə 1:2 hesabı ilə məğlub olan "Zenit” doğma meydanda 1:1 hesablı heç-heçə edərək mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi