Rusiya Kubokunun sahibi məlum oldu

Rusiya Kubokunun sahibi məlum oldu Futbol üzrə Rusiya Kubokunda final görüşü keçirilib.
Futbol
12 May , 2021 23:17
Rusiya Kubokunun sahibi məlum oldu

Futbol üzrə Rusiya Kubokunda final görüşü keçirilib.

"Report"un məlumatına görə, həlledici qarşılaşmada "Lokomotiv" və "Krılya Sovetov" komandaları üz-üzə gəlib. Nijni Novqorodda təşkil olunmuş qarşılaşma Moskva təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan qolları Fransua Kamano 15-ci, Fyodor Smolov penalti ilə 48-ci, və Murilo 84-cü dəqiqədə vurub. Samara klubundan isə Vladislav Sarveli 22-ci dəqiqədə fərqlənib.

"Lokomotiv" tarixində hamıdan çox - 9-cu dəfə Rusiya Kubokunu qazanıb. "Krılya Sovetov" isə 2-ci dəfə finalda oynayıb.

Son xəbərlər

Orphus sistemi