Rusiya Kubokunda danışılmış oyun: Baş hakim rüşvət aldı

Rusiya Kubokunda danışılmış oyun: Baş hakim rüşvət aldı Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi ölkə kubokunun 1/32 final mərhələsinin "Çayka" - "Armavir" oyunu (2:0) ilə bağlı qərarını açıqlayıb.
Futbol
391
11 Dekabr , 2020 18:00
Rusiya Kubokunda danışılmış oyun: Baş hakim rüşvət aldı

Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi ölkə kubokunun 1/32 final mərhələsinin "Çayka" - "Armavir" oyunu ilə bağlı qərarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, meydan sahibləri ilə matçın baş hakimi Maksim Matyunin arasında əvvəlcədən danışıq olduğu və referinin qərəzli qərarlar verdiyi üzə çıxıb.

İddiaya görə, Matyunin qarşılaşmadan sonra "Çayka" klubunun icraçı direktoru Oleq Bayandan qanunsuz olaraq pul alıb.

Nəticədə klub rəsmisi və referi futboldan ömürlük kənarlaşdırılıb. Komandaya isə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, görüş "Çayka"nın qələbəsi ilə yekunlaşmışdı - 2:0.

Son xəbərlər

Orphus sistemi