Rusiya klubunun hücumçusu Azərbaycan millisində oynaya bilər

Rusiya klubunun hücumçusu Azərbaycan millisində oynaya bilər Rusiyanın "Torpeda" klubunun futbolçusu David Qarayev Azərbaycanın əsas millisində çıxış edə bilər.
Futbol
1 Avqust , 2022 22:42
Rusiya klubunun hücumçusu Azərbaycan millisində oynaya bilər

Rusiyanın "Torpedo" klubunun futbolçusu David Qarayev Azərbaycanın əsas millisində çıxış edə bilər.

"Report"un məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü "Sport24.ru" saytına açıqlama verib.

O, hələlik sözügedən məsələ ilə bağlı qərar vermədiyini bildirib: "Millidə oynamaq əladır, amma bütün qohumlarım Rusiyadadır".

Azərbaycanın gənclər yığmasında oynadığını xatırladan təcrübəli forvard burada yaxınlarının olmadığını söyləyib: "Sadəcə, o vaxt bir çox əcnəbi futbolçuya Azərbaycan pasportu verilirdi. AFFA-dan zəng gəldi. Dedilər ki, 1995-ci il təvəllüdlü oyunçuların komandasını yığırıq, gəl. Amma sonra pasportumdan imtina etməli oldum. Çünki limitə görə Rusiyada oynamaq çətin idi".

Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan ona əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. Rusiyada "Ximki" və "Ural" kimi komandaların da formasını geyinmiş hücumçu Qazaxıstanın "Kaspi" klubunda da oynayıb.

Son xəbərlər

Orphus sistemi