Rusiya klubu türkiyəli futbolçunun transferi ilə bağlı qalmaqallı paylaşım edib
Rusiya klubu türkiyəli futbolçunun transferi ilə bağlı qalmaqallı paylaşım edibRusiyanın MOİK klubu Türkiyə millisinin futbolçusu Yusufu Yazıcının transferi ilə bağlı qalmaqallı paylaşım edib.
Rusiyanın MOİK klubu Türkiyə millisinin futbolçusu Yusuf Yazıcının transferi ilə bağlı qalmaqallı paylaşım edib.
"Report"un məlumatına görə, Moskva təmsilçisinin rəsmi tviter səhifəsində paylaşılan videoda 25 yaşlı yarımmüdafiəçi ilə instaqramda yazışma səhnəsi əks olunub.
Videoda Yazıcının əvvəlcə klubun çoxsaylı mesajlarına cavab vermədiyi, yalnız "Yusuf, bura Rusiyadır, bizdə nataşalar çoxdur" ismarıcından sonra "Yoldayam, 5 dəqiqəyə çatıram" yazdığı göstərilib.
Reaksiyalardan sonra videonu silən MOİK daha sonra üzrxahlıq mesajı yayımlayıb. Klub televiziyasının redaktoru Katerina Kirilçeva bildirib ki, qısa müddətdə ssenari yazmalı olduğu üçün ağlına bu cür ideya gəlib: "Bu yersiz, uğursuz və bir qədər də təhqiredici videoya görə həm ictimaiyyətdən, həm də Yusufun özündən üzr istəyirəm".
Qeyd edək ki, MOİK Yusuf Yazıcını Fransanın "Lill" klubundan cari mövsümün sonunadək icarəyə götürüb.
Um dos piores vídeos da história para apresentar um jogador.
CSKA apresentou assim o turco Yusuf Yazıcı.
Uma troca de mensagens pelo Instagram, que fica sem resposta. Isso até o CSKA escrever que na Rússia tem muitas Natashas (prostitutas, na gíria local).