Rusiya klubu tanınmış baş məşqçini istefaya göndərdi

Rusiya klubu tanınmış baş məşqçini istefaya göndərdi Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən "Rotor" klubu baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb
Futbol
19 Mart , 2021 12:21
Rusiya klubu tanınmış baş məşqçini istefaya göndərdi
Aleksandr Xatskeviç

Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən "Rotor" klubu baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı belaruslu mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib.

Komanda son olaraq Premyer Liqanın XXIX turunda "Rostov"a evdə 0:4 hesabı ilə uduzub. "Rotor" Xatskeviçi kimin əvəzləyəcəyini açıqlamayıb.

Qeyd edək ki, "Rotor" hazırda 18 xalla 13-cü pillədə qərarlaşıb. Aleksandr Xatskeviç 2019-cu ilin dekabrından komandanın sükanı arxasında olub. O, 1993 - 2005-ci illərdə Belarus yığmasında, 2017 - 2019-cu ildə isə Ukraynanın "Dinamo" (Kiyev) klubunda baş məşqçi kimi çalışıb.

Son xəbərlər

Orphus sistemi