Rusiya klubu baş məşqçisi ilə yollarını ayırdı

Rusiya klubu baş məşqçisi ilə yollarını ayırdı Rusiya Premyer Liqasında çıxış edən Orenburq klubu baş məşqçisi Konstantin Yemelyanovla yollarını ayırıb.
Futbol
22 May , 2020 14:54
Rusiya klubu baş məşqçisi ilə yollarını ayırdı

Rusiya Premyer Liqasında çıxış edən "Orenburq" klubu baş məşqçisi Konstantin Yemelyanovla yollarını ayırıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyəcək. Komandaya müvəqqəti olaraq İlşat Aytkulov rəhbərlik edəcək. 

Qeyd edək ki, Konstantin Yemelyanov "Orenburq"a 2019-cu ilin dekabrında baş məşqçi təyin olunub. O, 2017-ci ildən komandanın məşqçilər korpusunda çalışıb. "Orenburq" Rusiya Premyer Liqasında 22 turdan sonra 23 xalla 13-14 yerləri bölüşdürür. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.

Son xəbərlər

Orphus sistemi