Rusiya futbolunda koronavirusla bağlı sanitar qaydalar ləğv edilib

Rusiya futbolunda koronavirusla bağlı sanitar qaydalar ləğv edilib Futbol üzrə Rusiya liqalarında koronavirusla bağlı bütün sanitariya qaydaları ləğv olunub.
Futbol
10 Mart , 2022 17:26
Rusiya futbolunda koronavirusla bağlı sanitar qaydalar ləğv edilib

Futbol üzrə Rusiya liqalarında koronavirusla bağlı bütün sanitariya qaydaları ləğv olunub.

"Report"un məlumatına görə, bununla bağlı qərar Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi Bürosunun son iclasında qəbul edilib.

Bildirilib ki, yarış iştirakçıları bundan sonra Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) norma və tələblərinə ciddi riayət etməlidirlər.

Tibb Komitəsinin rəhbəri Eduard Bezuqlov yaxın gələcəkdə Premyer Liqada məcburi PCR testinin ləğv ediləcəyini də söyləyib.

Son xəbərlər

Orphus sistemi