Rusiya Futbol İttifaqının prezidentinə sanksiya tətbiq edilib

Rusiya Futbol İttifaqının prezidentinə sanksiya tətbiq edilib Böyük Britaniya hakimiyyəti Rusiya Futbol İttifaqının (RFS) prezidenti Aleksandr Dyukov və təşkilatın qəyyumlar şurasının üzvü Leonid Mixelsona sanksiya tətbiq edib.
Futbol
6 aprel 2022 16:59
Rusiya Futbol İttifaqının prezidentinə sanksiya tətbiq edilib

Böyük Britaniya hakimiyyəti Rusiya Futbol İttifaqının (RFS) prezidenti Aleksandr Dyukov və təşkilatın qəyyumlar şurasının üzvü Leonid Mixelsona sanksiya tətbiq edib.

"Report" "RIA Novosti"yə istinadən xəbər verir ki, siyahıya həmçinin Moskva "Lokomotiv"inin müdafiəçisi, "Soçi" klubunun prezidenti Boris Rotenberqin oğlu Boris Rotenberq də salınıb.

Qeyd edək ki, Aleksandr Dyukov 2019-cu ildən RFS-ya rəhbərlik edir. O, 2021-ci ildə daha dörd illik müddətə qurumun prezidenti seçilib.

Son xəbərlər

Orphus sistemi