Rusiya Futbol İttifaqı beynəlxalq oyunların Şimali Qafqazda keçirilməsi üçün UEFA-ya müraciət edib

Rusiya Futbol İttifaqı beynəlxalq oyunların Şimali Qafqazda keçirilməsi üçün UEFA-ya müraciət edib Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqı Şimali Qafqazda beynəlxalq oyunların keçirilməsinə icazə verilməsi üçün UEFA-ya müraciət edib.
Futbol
5 sentyabr 2018 09:24
Rusiya Futbol İttifaqı beynəlxalq oyunların Şimali Qafqazda keçirilməsi üçün UEFA-ya müraciət edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqı Şimali Qafqazda beynəlxalq oyunların keçirilməsinə icazə verilməsi üçün UEFA-ya müraciət edib.

"Report" xəbər verir ki, bu barədə qurumun prezidenti səlahiyyətlərini icra edən Aleksandr Alayev TASS-a açıqlamasında bildirib. 

A.Alayevin sözlərinə görə, bu bölgədəki şəxslər futbolu sevir və onun inkişafı üçün çox şey edirlər: "Biz də azarkeşlərin beynəlxalq oyunları görmələri üçün çalışacağıq. Son beş il ərzində, yəni, qadağa qüvvədə olan vaxtdan bizə təhlükəsizliklə bağlı heç bir iradları olmayıb. Bununla yanaşı, Şimali Qafqazda beynəlxalq yarışlar yüksək səviyyədə keçirilib".

Qeyd edək ki, UEFA Rusiyaya 2013-2014 mövsümündən Şimali Qafqaz ərazisində beynəlxalq oyunlar keçirməyi qadağan edib. Ölkənin UEFA Gənclər Liqasındakı təmsilçisi "Anji" klubu I mərhələdə İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi