Rusiya çempionu kapitanı ilə vidalaşdı

Rusiya çempionu kapitanı ilə vidalaşdı Rusiyanın "Zenit" klubu kapitanı Branislav İvanoviçlə yollarını ayırıb.
Futbol
29 İyul , 2020 15:40
Rusiya çempionu kapitanı ilə vidalaşdı
Branislav İvanoviç

Rusiyanın "Zenit" klubu kapitanı Branislav İvanoviçlə yollarını ayırıb.

"Report" Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb.

36 yaşlı futbolçu 2017-ci ilin qışından "Zenit"də çıxış edirdi. O, bu komandaya İngiltərənin "Çelsi" klubundan keçmişdi.

Qeyd edək ki, "Zenit" Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi olub.

Son xəbərlər

Orphus sistemi