Rusiya çempionatının oyunu kütləvi yoluxmaya görə təxirə salındı

Rusiya çempionatının oyunu kütləvi yoluxmaya görə təxirə salındı Rusiyanın "Soçi" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Futbol
500
16 İyul , 2020 18:11
Rusiya çempionatının oyunu kütləvi yoluxmaya görə təxirə salındı

Rusiyanın "Soçi" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a açıqlamasında klubun baş direktoru Dmitri Rubaşko deyib.

Onun sözlərinə görə, virusa yoluxanlar arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var. 

Daha əvvəl Premyer Liqanın (RPL) rəsmi saytı "Soçi"də 9 nəfərin analiz nəticələrinin müsbət çıxdığını açıqlayıb. Bu səbəbdən çempionatın XXIX turunda bu gün "Tambov"la keçirilməli olan görüş təxirə salınıb.