Bakı. 25 fevral. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət yığmaların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Azərbaycan komandaları arasında keçiriləcək görüşün başlama vaxtı açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Oyun Rostov şəhərindəki "Olimp-2" stadionunda keçiriləcək.
Qeyd edək ki, Yaşar Vahabzadənin rəhbrəlik etdiyi komanda 7 oyundan sonra 6 xalla qrup 4-cüsüdür. Yığmamızla yanaşı, 7-ci qrupda Almaniya, Avstriya, Finlandiya, Rusiya və Farer adaları mübarizə aparır. Qrupda iki dəfə qələbə qazanan U-21 5 dəfə məğlubiyyətlə üzləşib.