Rumıniyalı futbolçu: "Azərbaycanda qalmaq beynimə düşmüşdü"

Rumıniyalı futbolçu: "Azərbaycanda qalmaq beynimə düşmüşdü" "Onlarla şəkil çəkdirdim"
Futbol
101
19 May , 2021 09:54
Rumıniyalı futbolçu: Azərbaycanda qalmaq beynimə düşmüşdü
Marian Jilavyanu

"Azərbaycanda yoxsulluq hökm sürürdü. Şəhərdə bir müddət gəzdim, çoxlu silahlı polis gördüm. Xatırlayıram ki, oteldə çox isti idi".

"Report"un məlumatına görə, bu fikirləri Rumıniyanın "Arceş" klubunun sabiq futbolçusu Marian Jilavyanu 1998-ci ildə "Dinamo" (Bakı) komandasına qarşı keçirdikləri UEFA Kubokunun I təsnifat mərhələsinin cavab oyunu barədə "Digisport"a müsahibəsində deyib.

48 yaşlı keçmiş hücumçu həmin vaxt evə qayıtmaq əvəzinə Azərbaycanda qalmaq istədiyini söyləyib: "Bu fikir beynimə düşmüşdü. Daha bir təcrübəni sınaqdan keçirmək niyyətində idim. Düşünürdüm ki, "Dinamo" (Bakı) komandasında oynamaq üçün qalım, amma bu, ani impuls idi. Yerli azarkeşlər və jurnalistlər məni Meksika yığmasının keçmiş futbolçusu Luis Ernandeslə müqayisə etmişdilər. Onlarla şəkil çəkdirdim. Bax beləcə beynimə düşdü ki, orada qalım. Amma artıq mənə Rumıniyada Luis Ernandes adı vermişdilər".

Qeyd edək ki, həmin vaxt "Arceş" Piteştidə 5:1, Bakıdakı görüşdə isə 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi