Rumıniyada UEFA Futzal Kubokunun əsas mərhələsi start götürür

Rumıniyada UEFA Futzal Kubokunun əsas mərhələsi start götürür Turnirdə Azərbaycanı “Araz” klubu təmsil edir
Futbol
3 Oktyabr , 2017 05:49
Rumıniyada UEFA Futzal Kubokunun əsas mərhələsi start götürür

Buxarest. 3 oktyabr. REPORT.AZ/ 11-14 Oktyabr tarixlərində Rumıniyanın Deva şəhərində 2017-2018-ci il UEFA Futzal Kubokunun seçmə mərhələsinin oyunları keçiriləcək.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Deva şəhərinin İdman sarayında təşkil olunacaq yarışda VIII qrupda yer alan Azərbaycan çempionu “Araz” (Naxçıvan) “Luxol St Andrews” (Malta), “Mostar” (Bosniya və Herseqovina) və meydan sahibi “FC Deva” klubları ilə qarşılaşacaq.

Qrup mərhələsinin təqviminə əsasən, Naxçıvan təmsilçisi ilk oyununu oktyabrın 11-də “Mostar”a qarşı keçirəcək. Ertəsi gün “Araz” “Luxol St Andrews”lə, oktyabrın 14-də isə meydan sahibi “FC Deva” ilə üz-üzə gələcək. İlk iki qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da, sonuncu oyun isə saat 19:00-da başlanacaq. Qrupun qalibi 21-26 noyabr tarixlərində keçiriləcək futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

Son xəbərlər

Orphus sistemi