Rumıniya millisinin baş məşqçisi: “Azərbaycan çox yaxşı komandadır”

Futbol
  • 15 dekabr, 2023
  • 17:53
Rumıniya millisinin baş məşqçisi: “Azərbaycan çox yaxşı komandadır”

“Azərbaycan çox yaxşı komandadır”.

“Report”un məlumatına görə, bunu futzal üzrə Rumıniya millisinin baş məşqçisi Endre Kaçso Azərbaycan yığması ilə heç-heçə (5:5) etdikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

O, çox yaxşı oyun alındığını bildirib: “Hər iki komanda yaxşı vəziyyətdə idi. Maraqlı mübarizə oldu. Heyətimizdə 4 oyunçu çıxış etmirdi. Sanksiyalar bizim şansımızı itirməyimizə səbəb oldu. Bu gün komandamızda debütantlar var idi. Onlar üçün də şans oldu”.

Son xəbərlər

Bütün Xəbər Lenti