Rüfət Dadaşov: "Kosovoda çox qaynar bir duel olacaq"

Rüfət Dadaşov: "Kosovoda çox qaynar bir duel olacaq" Bakı. 19 sentyabr. REPORT.AZ/ “Bu, çox qaynar bir duel olacaq. Kosovo güclü komandadır, çox sayda yaxşı oyunçuları var. Həmçinin “Şalke”nin sabiq futbolçusu Donis Avdiyay da oradadır”.
Futbol
19 Noyabr , 2018 09:45
Rüfət Dadaşov: Kosovoda çox qaynar bir duel olacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ “Bu, çox qaynar bir duel olacaq. Kosovo güclü komandadır, çox sayda yaxşı oyunçuları var. Həmçinin “Şalke”nin sabiq futbolçusu Donis Avdiyay da oradadır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya qarşı keçirəcəkləri oyun haqqında “Bild”ə danışarkən deyib.

Almaniyanın “Proyssen” klubunun formasını geyinən 27 yaşlı forvard yığmanın V turda Farer adalarını evdə 2:0 hesabı ilə məğlub etdiyi görüşün 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub. O, bunu baş məşqçi tərəfindən təhlükəsizlik tədbiri kimi xarakterizə edib: “Mənim bir sarı vərəqəm vardı. Baş məşqçi Kosovo ilə matçdakı çıxışımı təhlükə altında qoymaq istəmədi. Çünki məhz bu oyunda uğurlu nəticə əldə etməyimiz vacibdir”.

Qeyd edək ki, D liqasının 3-cü qrupuna V turdan sonra 11 xalla Kosovo başçılıq edir. Azərbaycan 9 xalla 2-ci pillədə qərarlaşıb. Son turda bu iki komanda Priştinadakı Fadil Vokkri adına stadionda üz-üzə gələcək. Noyabrın 20-də keçiriləcək görüşdə Azərbaycan millisi yalnız qələbə təqdirində C liqasına və pley-offa yüksələcək.

Son xəbərlər

Orphus sistemi