Rüfət Dadaşov: "Azərbaycan millisinə çağırılmamağım axmaqlıq idi"

Rüfət Dadaşov: "Azərbaycan millisinə çağırılmamağım axmaqlıq idi" “Oyunumla bağlı müsbət rəylər aldım"
Futbol
128
16 Oktyabr , 2018 10:18
Rüfət Dadaşov: Azərbaycan millisinə çağırılmamağım axmaqlıq idi
Report/ FIri Salim
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Malta ilə oyundakı 1:1 hesablı heç-heçə bizim üçün yetərli deyil”.

“Report” xəbər verir ki, bunu Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasının IV turunda Malta ilə 1:1 hesablı bərabərlik haqqında “Westfälische Nachrichten"ə açıqlamasında deyib.

Almaniyanın III liqasında “Proyssen”in formasını geyinən 27 yaşlı forvard 4 illik fasilədən sonra milli komandaya dönüşündən məmnunluğunu vurğulayıb: “Oyunumla bağlı müsbət rəylər aldım. Amma Maltaya qalib gəlməli olduğumuz matçda 2-3 qol epizodundan yararlana bilmədim. Daha bir qol vursaydıq, qrupda liderliyə yüksələrdik. Azərbaycan kimi ölkə üçün ilk pillədə qərarlaşmaq böyük üstünlük olardı. Yığmaya yenidən dəvət alacağıma ümid edirəm. Komandadakı bir çox futbolçularla tanışam. Lakin yeni simalar da var”.

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki 2014 - 2018-ci illərdə Almaniyanın həvəskarlar liqasında çıxış edən klubların formasını geyindiyi üçün Dadaşova dəvət göndərməyib. Həmin müddətdə “Tsvaybrükken”, “Saarbrükken”, “Halberştadt”, “Moyzelvits” və Berlin “Dinamo”sunun heyətində yer alan və son mövsümdə 26 qolla Regional Liqanın bombardiri olan forvard Prosineçkinin bu yanaşmasının doğru olmadığını söyləyib: “Əslində, bu, axmaqlıq idi. Ancaq indi yenə özümə əminlik hiss edirəm”.

Qeyd edək ki, Rüfət Dadaşov millinin son 2 oyununda 90 dəqiqə meydanda olub. O, komandanın Farer adalarını 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 67-ci dəqiqəsində Dimitri Nazarova məhsuldar ötürmə edib. 

Son xəbərlər

Orphus sistemi