Rüfət Dadaşov: "4 il öncəkidən daha yaxşı oynadıq"

Rüfət Dadaşov: "4 il öncəkidən daha yaxşı oynadıq" Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov Malta ilə UEFA Millətlər Liqasının IV tur oyunundan sonra brifinq keçirib.
Futbol
15 Oktyabr , 2018 01:10
Rüfət Dadaşov: 4 il öncəkidən daha yaxşı oynadıq
Report/FIri Salim

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov Malta ilə UEFA Millətlər Liqasının IV tur oyunundan sonra brifinq keçirib.

"Report" xəbər verir ki, təcrübəli hücumçu öncə matçı dəyərləndirib:

- Məncə, çox yaxşı oynadıq. İmkanlarımız da oldu, amma bəxtimiz gətirmədi. Rəqibin bir epizodu oldu və ondan yararlandı. Daha sonra hesabda bərabərlik əldə etdik. Ondan sonra da qol vəziyyətlərimiz oldu, amma vura bilmədik. Top sanki qapıdan keçmək istəmirdi.

- Mahir Mədətov oyundan çıxarkən azarkeşlər tərəfindən fitə basıldı. Bu barədə nə deyə bilərsiniz?

- Başa düşmədim, niyə belə etdilər? O, yaxşı oyunçudur, matçı da yaxşı keçirmişdi.

- Növbəti oyunlarda nəyə ümid edə bilərsiniz: Qrupdan çıxmaq şansı var?

- Əlbəttə, hələ şanslarımız davam edir. Biz sübut etdik ki, yaxşı oynaya bilirik.

- Üç illik fasilədən sonra milliyə yenidən dəvət aldınız. Təəssüratlarınız necədir?

- Doğrudur, uzun zaman sonra milliyə qayıtdım və iki oyun keçirdim. Düşünürəm ki, normal oynadım.

- 4 il əvvəl sizin də oynadığınız qarşılaşmada Maltaya qalib gəlmişdiniz. Bu gün isə alınmadı...

- Düşünürəm ki, 4 il öncəkidən daha yaxşı oynadıq. Amma futboldur, alınmayanda olmur.

- Ovaxtkı komanda ilə indikini və ya baş məşqçiləri müqayisə edə bilərsiniz?

Baş məşqçimiz çox yaxşı işləyir, biz də yaxşı futbol oynayırıq.

Son xəbərlər

Orphus sistemi